Türkiyədə YouTube qadağası » AzNews.info -Xəbər portalı

Türkiyədə YouTube qadağası

Türkiyədə YouTube qadağası


Suruç şəhər məhkəməsinin 20 iyul tarixində baş vermiş terror aktının foto və videogörüntülərinin yayılmasına qadağa barədə çıxardığı qərardan sonra Türkiyədə YouTube və Twitter qadağan edilib.

Daha sonra Twitter blokdan çıxsa da, YouTube ilə danışıqlar davam edir.

Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, Twitter hadisə yerində öldürülənlərin şəkillərini öz servisindən sildikdən, həmçinin həmin görüntüləri yayan istifadəçiləri blok etdikdən sonra işini davam etdirə bilib.

Google-nin nümayəndələri hazırda YouTube-yə girişin bərpası üzərində işləsələr də, hələlik türk tənzimləyicisinin nümayəndələri ilə əlaqə qura bilməyiblər.

Facebook tələbləri yerinə yetirdiyini bəyan edib.

Məhkəmənin terror aktının baş verdiyi yerdən görüntülərin yayımlanmasına qadağa ilə bağlı qərarının səbəbləri məlum olmasa da, xatırlatmaq yerinə düşər ki, türk məhkəmələri dəfələrlə istintaq maraqları yaxud etika məsələləri ilə bağlı cinayət yerindən vizual informasiyanın yayılmasını qadağan ediblər.

Məhkəmənin qərarından dərhal sonra hadisə yerindən foto və videogörüntüləri yaymış populyar internet resursları bağlanmışdı.

İyulun 20-də, bazar ertəsi İstanbul məhkəməsi qərar çıxarıb ki, Google-də hadisə yerindən çəkilən fotoları silməlidir, əks halda onun resurslarına giriş dayandırılacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *