ABŞ-da bayraqlar yarıya endirildi
ABŞ-ın Tennessi ştatında iki hərbi obyektə qarşı keçirilən silahlı hücum zamanı dünyasını dəyişən hərbçilərin xatirəsinə başda Ağ ev olmaqla inzibati qurumlar və ölkə xaricindəki diplomatik nümayəndəliklərin bayraqlarıyarıya endirilib. ANS PRESS-in məlumatına görə, bu barədə Ağ ev mətbuat mərkəzindən yayılan xəbərdə prezident Barak Obamanın təlimatı ilə dünyasını dəyişən 5 əsgər üçün bayraqların yarıya endirildiyi qeyd edilib.
Açıqlamada, hərbi obyektlərlə yanaşı xaricdəki bütün ABŞ səfirliklərində və konsulluqlarında bayraqların şənbə günü günəş batana qədər yarıya endirilmiş vəziyyətdə olacağı bildirilib.
Xatırladaq ki, iyulun 17-də ABŞ-ın Tennessi əyalətində iki hərbi nöqtə silahlı hücuma məruz qalmış, nəticədə 5 nəfər ölmüş, 2 nəfər yaralanmışdı.
Mənbə:> ANSPRESS