Pakistan daha 4 əsgər itirdi
Pakistan - Əfqanıstan sərhədi yaxınlığında terrorçularla atışma zamanı 4 əsgər və 12 silahlı ölüb.
ANS PRESS-in məlumatına görə, Pakistan Müdafiə Nazirliyindən bildirilib ki, qaçan terrorçulardan da 3-ü məhv edilib.
Atışma Şimali Vəziristanın Dattakel bölgəsində yarı-muxtar qəbilə regionunda bar verib. Burada hazırda Pakistan ordusu hərbi əməliyyatlar keçirilməkdədir.
Bu gün səhər saatlarında isə həmin ərazidə bomba partlayışı nəticəsində üç əsgər ölmüş, 6 nəfər isə yaralanmışdı. Rəsmilərin sözlərinə görə, Rağzay kəndindəki hücum hərbi konvoyu hədəf alıb.
Pakistan ordusu bildirib ki, bir ildir Vəziristan və ətraf bölgələrdə davam edən kampaniya nəticəsində 3 mindən çox terrorçu öldürülüb. Pakistanın itkiləri isə 350 nəfər olub.
Mənbə:> ANSPRESS