Qraçya Rostomyan: Bakıya səfərdən sonra mən itləri də sevməyə başlamışam
Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi Qraçya Rostomyan erməni idmançılarının Bakıda keçirilən ilk Avropa Oyunlarında çıxışları zamanı mənəvi sıxıntılarından danışıb.
“Mən bu suala öz nümunəmdə açıq və aydın cavab verməyə çalışacağam”, - Oxu.Az “Aravot” nəşri üçün bəyanat verən Rostomyanın sözlərindən sitat gətirir.
“Uşaqlıqdan mən hər şeydən çox itlərdən qorxurdum. Bakıya səfərdən sonra mən itləri də sevməyə başlamışam. Ümumiyyətlə qorxu hissini itirmişəm, özümdən asılı olmayaraq bu psixoloji baryeri keçmişəm. Əminəm ki, digərləri həmçinin bu baryeri dəf ediblər.
Fikirləşirəm ki, idmançılarda bu psixoloji hisslər daha da güclüdür. Cəhənnəmdən keçəndən sonra, artıq heçnə qorxulu deyil”.
Mənbə:> Oxu.Az