Lavrov: Azərbaycan nümayəndələrini hərbi sərgidə gözləyirik » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Lavrov: Azərbaycan nümayəndələrini hərbi sərgidə gözləyirik

Lavrov: Azərbaycan nümayəndələrini hərbi sərgidə gözləyirik


Rusiya və Azərbaycan XİN başçılarının iyulun 17-də Moskvada keçirilən işgüzar görüşündə ikitərəfli münasibətlərə dair bir çox məsələlər müzakirə olunub.

AzNews.info virtualaz.org-a istinadən xəbər verir ki, görüşlə bağlı ilkin xəbərlərdə Lavrovun və həmkarının əsas diqqəti Qarabağ münaqişəsinə yönəltdiyi qeyd edilib. Lakin görüşdə digər məsələlər də müzakirə olunub.

Diplomatik qaynaqlardan verilən informasiyaya görə, tərəflər bütün istiqamətlər üzrə ikitərəfli əməkdaşlığı dərinləşdirməyin vacibliyini bildiriblər. Lavrov deyib ki, bura regional əməkdaşlıq, Xəzərdə, BMT və ATƏT-də, habelə digər formatlarda əməkdaşlıq məsələləri daxildir.

Lavrov deyib ki, təmaslar yay tətilindən sonra - sentyabrdan intensivləşməyə başlayacaq. Sentyabrda Yekaterinburqda ticari-iqtisadi əməkdaşlığa dair ikitərəfli komissiyanın iclası olacaq.

“Sentyabrda Rusiya Sverdlovsk vilayətində böyük silah və hərbi texnika sərgisi təşkil edəcək. Azərbaycanın nümayəndələrini də həmin sərgidə gözləyəcəyik. Sizin bu mühüm tədbirdə iştirak edəcəyinizə ümid edirik. Sentyabrda Sankt-Peterburqda Arktikanın neft-qaz yataqlarını işlənməsi məsələlərinə həsr olunmuş konfrans keçiriləcək. Azərbaycanın energetika nazirinin həmin konfransda iştirakını gözləyirik” - deyə Lavrov bildirib.

Məmmədyarov isə öz növbəsində Rusiya ilə Azərbaycanın mövqelərinin daha da yaxınlaşmasının vacib olduğunu bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *