Xaricdə işləyən Azərbaycanlılar barədə məlumat bazası yaradılır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Xaricdə işləyən Azərbaycanlılar barədə məlumat bazası yaradılır

Xaricdə işləyən Azərbaycanlılar barədə məlumat bazası yaradılır


Xaricdə işləyən Azərbaycan vətəndaşları haqqında məlumat bazası yaradılır. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti şöbəsinin müdiri Vahab Məmmədov deyib.

O bildirib ki, vətəndaşlarımızı işləmək üçün xaricə göndərən hüquqi şəxslərin fəaliyyətini nizamlayan sənədlər paketi artıq hazırdır: “Hazırda sənədlər Ədliyyə Nazirliyi Hüquqi aktların dövlət reyestrində təsdiqini gözləyir”.

V.Məmmədov qeyd edib ki, sənədlərdə əmək müqavilələrinin forması, əməkhaqqı, vətəndaşın sosial statusu və Azərbaycan vətəndaşının təhlükəsiz sosial-əmək təminatına istiqamətlənmiş bir sıra başqa məsələlər əks olunub: “Yerli fiziki və ya hüquqi şəxslə xarici şirkət arasında imzalanan müqavilə əsasında məsuliyyət nizamlanacaq. Bu, çox mühüm məsələdir. Çünki əcnəbi işəgötürən və vətəndaşı xaricə göndərən şirkət əməkhaqqından tutmuş tibbi sığorta, sosial təhlükəsizlik və digər bu kimi məsələlərə görə məsuliyyət daşıyır”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *