Kadırovdan Rusiya mallarına baykot – FOTO
Çeçenistan respublikasının başçısı Ramzan Kadırov analoqları ölkə ərazisində buraxılan respublika xaricində istehsal edilmiş məhsullardan imtina etdiyini bildirib.
ANS PRESS-in məlumatına görə, çeçenlərin lideri bu haqda "VKontakte " şəbəkəsində öz səhifəsində yazıb. Kadırov Çeçenistandan xaricdə istehsal edilən qida məhsullardan imtina etdiyini açıqlayıb.
Kadırov rasionunu dəyişdirmək haqda fikrə, uşaq qidalanması üzrə Qudermesdə yeni kombinatın açılışından sonra gəlib.
"Kombinatın planlarında qidalanmanın 48 növü üzrə illik 48 milyon banka istehsal olunacaq. Burada konserv və ət sexləri, qənnadı fabriki və süd kombinatı var. Bundan başqa, burada 1,2 min böyük buynuzlu mal-qara üçün süd kompleksinin yaradılmasına başlanıb", - Kadırov bildirib.
Ramzan Kadırovun vkontakte səhifəsində yazdıqları
Çeçenistan Respublikasının başçısı əminliklə ifadə edib ki, bu ölkənin xarici mal problemini müvəffəqiyyətlə həll edir.
"Mən hamıya bildirirəm ki, bu gündən sonra əgər bir qida məhsulu Çeçenistanda istehsal edilirsə, onun xarici ölkədə istehsal edilən analoqu mənim masamda olmamalıdır", - deyən Kadırov əks halda həyat yoldaşı Mendini boşayacağını bildirib.
"Düzdü, bu sözlərə görə anam məni çox danladı. Elə qapının ağzındaca o, məni danlamağa başladı ki, niyə belə zarafat edirsən? Mən isə bunun zarafat olmadığını deməyə cürət edə bilmədim. Onu başı aşağı dinlməyə məcbur qaldım", - deyə Çeçenistan rəhbəri sosial şəbəkədəki səhifəsində yazıb.
Kadırov ailəsi ilə birgə
Kadırov daha əvvəllər də xaricdə istehsal edilən məhsulları boykot etmişdi. O, mart ayında instagram səhifəsində "iPhone" telefonlarından itmina etdiyini yazmışdı. Əvəzində "YotaPhone" smartfonlarından istifadə edəcəyinə söz vermişdi. O, rusiyalıları "iPhone" almamağa, milli istehsalçıları dəstəkləməyə" səsləmişdi. "Çünki "Apple" şirkətinin telefonlarını alanlar Amerikanın Hərbi Sənaye Kompleksini maddi dəstəkləmiş olurlar".
Ramzan Kadırov və reper Timati "YotaPhone" telefonları ilə tanış olurlar.
Bundan başqa, Ramzan Kadırov rusiyalı istifadəçilərə xarici sosial şəbəkələrdən imtina etməyi də məsləhət görmüşdü. Bu haqda öz İnstagram səhifəsində yazan lider bu yolla ABŞ sosial şəbəkələrinin dəyərinin artdığını demişdi. O, rusları tədricən "Vkontakte" sosial şəbəkəsinə keçməyi məsləhət görmüşdü. Bir müddət sonra isə öz instagram səhifəsini bağlamışdı.
Mənbə:> ANSPRESS