Xalçalarımız Kannda nümayş olunur » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Tarix

Xalçalarımız Kannda nümayş olunur

Xalçalarımız Kannda nümayş olunur


Kannda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Festivallar sarayında “Azərbaycan xalçaları incəsənətdə” sərgisinin açılışı olub. Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Xalçalarımız Kannda nümayş olunur


Uğurla davam edən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Bakı-2015” birinci Avropa Oyunlarının simvolları olan Nar və Ceyran heykəlləri bu dəfə Kannda sərgilənir. Şəhərin turistlərlə zəngin Kruazett bulvarında sərgilənən 8 heykəl Azərbaycan və digər ölkələrin rəssamları tərəfindən müxtəlif ornamentlərlə rənglənmiş əsərlərdir. Bu əsərlər Kann şəhər sakinləri və bura gələn qonaqlarda çox böyük maraq doğurur.

Xalçalarımız Kannda nümayş olunur


"Azərbaycan xalçaları incəsənətdə" sərgisindəki əsərlər ilk dəfə nümayiş olunması ilə seçilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgi Azərbaycan xalça sənətinin tarixi, müasir dövrü, dünyada geniş yayılması barəsində ziyarətçilərə ətraflı məlumat verir. Gənc rəssam Elçin Vəliyevin sərgidə 7 əsəri nümayiş olunur. Məhz "Azərbaycan xalçaları incəsənətdə" sərgisi üçün hazırlanan bu əsərlər öz orijinallığı ilə seçilir. Yağlı boya ilə işlənən və əsasını xalça motivləri təşkil edən bu əsərlər 3D effekti ilə ziyarətçilərdə canlı təəssürat yaradır. Bu, E.Vəliyevin ilk sərgisidir.

Xalçalarımız Kannda nümayş olunur


Sərgidə Xalq rəssamı, görkəmli xalça ustası Lətif Kərimovun 1969-1970-ci illərdə yaratdığı xalça eskizləri nümayiş olunur. Təqdim olunan 15 əsər ilk dəfədir nümayiş etdirilir. Bunlar məhz Lətif Kərimovun özünün müəllifi olduğu ornamentlərin eskizləridir.

Xalçalarımız Kannda nümayş olunur


Sərgidə, həmçinin tanınmış rəssam Butunay Haqverdiyevin xalça instalyasiyası nümayiş olunur. İlk dəfə təqdim edilən bu əsər Azərbaycan xalça ornamentlərini canlandırır. Taxtadan hazırlanan instalyasiya 3D effekti ilə seçilir. Əsər Lətif Kərimovun eskizləri ilə yanaşı təqdim olunmaqla, milli xalça sənətinin tarixi, inkişafı və modern rəssamlıqda tətbiqini nümayiş etdirir. Sərgidə, həmçinin XV-XVI əsrlərdə dünya rəssamlarının əsərlərində yer almış xalça motivlərinin əks olunduğu video instalyasiya nümayiş olunur. Video instalyasiya Azərbaycan xalça sənətinin nadirliyini və dünyada məşhur olmasını, görkəmli rəssamların Azərbaycan milli xalça ornamentlərinə verdikləri dəyərdən bəhs edir.

Xalçalarımız Kannda nümayş olunur


Sərgidə tanınmış rəssam Vüqar Muradovun 7 əsəri nümayiş olunur. Rəssam bu əsərləri Kann sərgisi üçün hazırlayıb. Portret, mənzərə janrında olan və yağlı boya ilə işlənmiş bu əsərlər milli xalça ornamentlərini özünəməxsus şəkildə təqdim edir.

Xalçalarımız Kannda nümayş olunur


Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi mədəni irsin Reprezentativ Siyahısına salınıb. Azərbaycan xalçaları tarixən bütün dünyada çox məşhur olub. Ölkəmizdə xalçalığın tarixi də çox zəngindir. Azərbaycan xalçalarının dünya mədəniyyətinə və ümumdünya mədəni irsinə təsiri böyükdür. Bu gün Azərbaycan xalçaları dünyanın tanınmış muzey və sərgilərində nümayiş olunur. Azərbaycandakı Gəncə, Qarabağ, Quba, Abşeron, Şirvan, Qazax və Təbriz xalçaçılıq məktəbləri də zəngin tarixi dəyərləri ilə seçilib. Bu gün isə Azərbaycanda xalçaçılıq ənənələri qorunur, bu sahə özünün yeni inkişaf dövrünü yaşayır. Dövlətimizlə yanaşı bu məsələdə Heydər Əliyev Fondu da mühüm işlər görür. 2011-ci ildə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan xalçaçılıq sənətindən bəhs edən “Azərbaycan xalçaları” kolleksiyasının nəşri görülən işlərin tərkib hissəsidir.

“Azərbaycan xalçaları incəsənətdə” sərgisi iyulun 16-dan ictimaiyyət üçün açıq olacaq və iyulun 31-dək davam edəcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *