Rusiyadakı səfirimizin müavinindən ilginc açıqlama » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Rusiyadakı səfirimizin müavinindən ilginc açıqlama

Rusiyadakı səfirimizin müavinindən ilginc açıqlama

Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov vesti.az-a müsahibə verib.

Virtualaz.org-un məlumatına görə, Q.Osmanov Rusiyadakı Azərbaycan diasporu haqda danışarkən deyib ki, “Azerros” 15 illik tarixində ən pis günlərini yaşayır: “Təşkilatda baş verənlər hər kəsə aydındır. Abbas Abbasovun şəxsi ambisiyaları, “Azerros” üzvləri arasındakı ikitirəlik təşkilatı məhvə gətirib çıxarıb. Nəticədə Rusiyadakı aktiv azərbaycanlılar arasında da münaqişə yaranıb”. Səfir müavini hələ iyul ayının əvvəlində Rusiyanın 20-dən artıq regional diaspor rəhbərlərinin Moskvada toplandığını xatırladıb: “Onlar məni də bu görüşə dəvət etdilər. Azərbaycan icmasının daxilində olan narahatlıqlarını dilə gətirib Abbas Abbasovdan tələb etdilər ki, diaspora arenasını tərk etsin və “Azerros”u geri, icmaya qaytarsın. Bundan əlavə, səfirliyə, mənim adıma yüzlərlə məktub gəlirdi. Azərbaycan diasporunun fəalları “Azerros”da yaranan vəziyyətlə bağlı kömək istəyirdilər.

Abbasov isə öz növbəsində onları və Rusiya hakim dairələrini inandırmağa çalışırdı ki, guya onu Azərbaycanda dəstəkləyirlər və Rusiyadakı azərbaycanlılar da onun arxasındadır. Amma Rusiyadakı azərbaycanlılar fərqli mövqe nümayiş etdirdilər. Onlar Abbasovu Rusiyadakı azərbaycanlıların diasporunun düşməni, diasporda baş verən gərginliyin səbəbkarı kimi qəbul etdilər”. Bəs “Azerros” Abbas Abbasova niyə bu qədər lazımdır” sualına cavabında Q.Osmanov vurğulayıb ki, o, “Azerros”dan bir alət kimi istifadə edərək, özünü Rusiyadakı azərbaycanlıların lideri kimi tanıdırdı: “Məqsəd isə aydındır: Rusiya hakim dairələrinə yaxın olmaq istəyi. Əslində isə o, Rusiyada olan azərbaycanlı iş adamlarına gizlicə problemlər yaradır, sonra öz təmsilçiləri vasitəsilə həmin problemi həll edir, bununla da onları özündən asılı vəziyyətə salırdı”.

Abbas Abbasovu separatizmi dəstəkləməkdə günahlandırdığını etiraf edən səfir müavini deyib ki, əlində faktları var: “Rusiyada erməni lobbisi güclüdür. Və onlar Rusiya-Azərbaycan dostluq münasibətlərinin, azərbaycanlıların diasporunun inkişafında maraqlı deyillər. Aydın məsələdir ki, onlar Azərbaycanın bütün uğurlarına qısqanclıqla yanaşırlar. Abbasovun onlarla razılaşması var ki, əgər Azərbaycanda hakimiyyətə gələrsə, onların maraqlarının qorumasında müəyyən güzəştlər edəcək. Onun bir çox ölkələrin erməni diasporu liderləri ilə görüşməsi, Fransada, danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsində güzəştlərə hazır olacağı barədə razılıq əldə edib.

Bundan əlavə, Moskvada Amerika və Avropada məskunlaşmış Azərbaycan müxalifətinin radikal nümayəndələri ilə görüşləri barədə də bizə məlumatlar daxil olub. Bu görüşlərdə onların əsas niyyəti Azərbaycanda sabitliyi pozmaqdır. Belə iclaslardan biri keçən il Moskvada baş tutub.

İndi o, hər yerdə ümummilli lider Heydər Əliyevə və prezident İlham Əliyevə sədaqətindən dəm vurur. Amma o, bundan əvvəl də Vəzirova, Mütəllibova və Elçibəyə sadiqlik andı içib. Bütün bunlar özlüyündə bu insanın şəxsiyyəti barədə çox söz deyir”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *