Ərdoğan Moskvaya parada getməkdən imtina etdi
Türkiyəni Moskvada Böyük Vətən Müharibəsinin 70 illiyinə həsr olunmuş tədbirlərdə səfir təmsil edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Rusiyadakı səfirliyindən “İnterfaks”a bildirilib.
“Moskvada Qələbə günü ilə bağlı tədbirlərdə Türkiyəni Rusiyadakı səfiri Ümid Yardım təmsil edəcək”, - səfirlikdən deyiblər.
Qeyd edək ki, öncə Türkiyənin parlament spikeri Cəmil Çiçək prezident Rəcəb Tayyib Ərdoğanın Qələbənin 70 illiyi ilə bağlı Moskvada keçiriləcək tədbirlərdə iştirakını istisna etməmişdir.
“Cənab prezidentə dəvət göndərilib. Dəvət nəzərdən keçiriləcək. Prezidentimiz yaxın zamanlarda dəvətə cavab verməyə çalışacaq”, - Çiçək Moskvada mətbuat konfransında demişdi.
Mənbə:> Oxu.Az