Türkiyəyə terror hədəsi
“KCK” (“Koma Ciwaken Kurdistan - Kürdüstan Cəmiyyəti Asossasiyası” PKK-nın administrativ quruluşu) terror təşkilatı ötən gün açıqlama yayaraq Türkiyəni hədələyib. ANS PRESS-in məlumatına görə, təşkilatın bəyanatında 2012-ci ilin axırında başladılan, 2013-cü ilin novruz bayramında ictimaiyyətə elan olunan atəşkəsin ötən gün başa çatdığı bildirilib. Su anbarı tikintisinin təxliyyə olunmasının tələb olunduğu bəyanatda bildirilib ki, KCK silahlıları artıq cavab verməyə başlayacaqlar:
“Türkiyə dövləti, “Mən dövlətəm, bildiyimi eləyərəm” – deyərək atəşkəsə riayət etməmiş, mütəmadi olaraq insidentlər yaradacaq hərəkətlər etmişdir. Halbuki hər gücün atəşkəs başlamadan əvvəlki mövqedə qalması, atəşkəsi pozacaq hərəkətlərdən qaçması deməkdir. Türkiyə dövləti isə onlarla polis bölməsi, hərbi məqsədli yol və hərbi məqsədli su anbarları yaradaraq atəşkəs şərtlərindən problemin demokratik-siyasi həlli üçün yox, döyüş üçün ciddi hazırlıqlar görərək baş verəcək insidentlərdə üstünlüyü əldə etmək üçün istifadə etmişdir”.
Türkiyə dövlətindən dərhal su anbarı tikintilərinin dayandırılmasını tələb edən KCK bəyanatında ustaların da bu yerləri tərk etməsi istənilib.
“Azadlıq hərəkatımız Türkiyə dövlətinin bu mövqeyini dəyərləndirərək bu vəziyyətin qəbul edilməz olduğuna qərar vermiş, bütün su anbarlarının tikintisini dayandırmaq və bunun üçün silahlı qüvvələrimiz də daxil hər cür imkanı səfərbər etməyə qərar vermişdir. Bundan sonra bütün su anbarları, burda istifadə oluunan texnika silahlılarımızın hədəfində olacaq. Bu səbəblə də su anbarı tikintisinin öhdəliyini üzərinə götürmüş mühəndislər və digər işçilər bu yerləri tərk etməlidirlər”.
Mənbə:> ANSPRESS