ATƏT-in Bakıdakı ofisi bağlandı
ATƏT-in Bakı Layihə Əlaqələndiricisi bu gündən etibarən Azərbaycanda fəaliyyətini dayandırıb.
Bu barədə “Report”a ATƏT-in mətbuat xidmətindən məlumat verilib. "ATƏT Azərbaycan ilə əməkdaşlığın digər formalarına açıqdır", - deyə mətbuat xidmətindən bildirilib.
Məlumatda vurğulanıb ki, ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Ofisi Azərbaycan hökuməti və ATƏT arasında imzalanan “Bakıda layihə əlaqələndiricisi ilə bağlı qarşılıqlı anlaşma memorandum”nun ötən həftə Azərbaycan tərəfindən dayandırılması ilə əlaqədar öz fəaliyyətini dayandırır.
Mənbə:> Report.az