Nazarbayev daha 10 ölkə üçün viza rejimini ləğv etdi » AzNews.info -Xəbər portalı

Nazarbayev daha 10 ölkə üçün viza rejimini ləğv etdi

Nazarbayev daha 10 ölkə üçün viza rejimini ləğv etdi


Qazaxıstan 10 investor-ölkə üçün vizasız rejimin müddətini iyulun 15-dən etibarən uzadır, üstəlik bu siyahıya daha 10 ölkəni əlavə edir.

AzNews.info Virtualaz.org-a istinadən xəbər verir ki, bu bəyanatla prezident Nursultan Nazarbayev çıxış edib.

“Qazaxıstana gələn xarici sərmayədarlar hər hansı kvota, limit və icazə olmadan xaricdən istədikləri qədər işçi qüvvəsi cəlb edə bilərlər. Bundan əlavə, 10 ölkədən olan investorlar üçün vizasız rejim müəyyən edilib. İtaliya da həmin ölkələr siyahısındadır. İyulun 15-dən etibarən biz sərmayədarlar üçün vizasız rejimin müddətini uzadırıq. Bu siyahıya daha 10 ölkə - İsveçrə, İspaniya, Belçika, Macarıstan, Monako, Sinqapur, Avstraliya, Norveç, İsveç və Finlandiya da əlavə olunacaq” - deyə N.Nazarbayev Milanda keçirilən Qazaxıstan-İtaliya biznes-forumundakı çıxışında bildirib.

Prezident əlavə edib ki, dünyada heç də hər ölkə sərmayədarlar üçün belə ideal şərait yaratmır.

Qeyd edək ki, Qazaxıstan 2014-cü il, iyulun 15-dən etibarən 10 ölkədən olan investorlar üçün vizasız rejim tətbiq edib. Bunun nəticəsində ABŞ, Niderland, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya və Yaponiyadan olan sərmayədarlar Qazaxıstanda sərbəst iş qurmaq imkanı qazanıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *