Gürcülər Azərbaycan səfirliyi qarşısında aksiya keçirəcək
Tiflisin Ortaçala rayonunda Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında iyun ayının 27-də Qax rayonunda yerləşən Svyatoy Georgi kilsəsinin keşişi, arximandrit Demetreyə (Tetruaşvili) dəstək aksiyası keçiriləcək.
Oxu.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə informasiya sosial şəbəkələrdə yayılıb.
Arximandrit Demetreni dəstəkləmək üçün Facebook-da “Arximandrit Demetreyə dəstək cəmiyyəti” yaradılıb.
Cəmiyyətin müraciətində əsasən planlaşdırılmış aksiyanın dinc xarakter daşıyacağı və onun əsas məqsədinin arximandrit Demetrenin öz fəaliyyətini davam etdirməsinə vasitəçilik olması qeyd edilir.
İyunun 21-də Azərbaycanın Qax rayonunda yerləşən Svyatoy Georgi kilsəsinin keşişi, arximandrit Demetre Gürcüstandan Azərbaycana qayıdarkən “Laqodexi-Balakən” keçid məntəqəsində saxlanılıb, azərbaycanlı sərhədçilər onun ölkəyə girməsinə izn verməyiblər.
Mənbə:> Oxu.Az