Rusiya MN MDB ölkələrinə “rəngli inqilablar” təhlükəsi barədə xəbərdarlıq edir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Rusiya MN MDB ölkələrinə “rəngli inqilablar” təhlükəsi barədə xəbərdarlıq edir

Rusiya MN MDB ölkələrinə “rəngli inqilablar” təhlükəsi barədə xəbərdarlıq edir


Rusiya Federasiyası Müdafiə Nazirliyi MDB ölkələrində “rəngli inqilablara qarşı” kompleks iş aparmaq niyyətindədir.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti Rusiya Federasiyasının Müdafiə Nazirliyindəki mənbəsinə istinadən xəbər verir.

Müdafiə Nazirliyi Baş Qərargahın Hərbi Akademiyasına (BQHA) RF-nın 2020-ci ilə qədər ən mühüm təhlükələrini müəyyənləşdirilməsini və onların qarşısını alma tədbirlərini və hazırlamağı tapşırıb. Bu məlumata müvafiq olaraq 2014-cü ilin sonundan BQHA bu sahədə metodik işlərlə məşğuldur.

İyunun ortasında “Armiya-2015” forumunda müdafiə naziri Sergey Şoyqu “dərin elmi-tədqiqat işi” sifariş verilməsinə dair plandan danışıb. Tədbirdə həmçinin ekspert müzakirəsi olub, müzakirə iştirakçıları sonda Qərbin digər ölkələrə “daxili yenidənqurma üsullarının” qəbul etdirilməsi cəhdlərinin güclənməsi və bununla əlaqədar isə Müdafiə Nazirliyinin bu sahədə tədqiqat aparmasının labüdlüyü qərarına gəliblər.

Nəşr bildirib ki, Şimali Qafqazda antiterror əməliyyatlarının təcrübəsindən istifadə edilməsi planlaşdırılır. “Terrorçular və “rəngli inqilablar təşkilatçıları” bənzər şəbəkə strukturlarından istifadə edirlər”, - forumda iştirak edən MDU politoloqu Andrey Manoylo izah edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *