Rusiya Azərbaycana ZTR-80 modernizasiyasını təklif edəcək
“Burevestnik” mərkəzi elmi-tədqiqat İnstitutu (“Uralvaqonzavod” korporasiyasına daxildir), Banqladeş, Əlcəzair və Azərbaycan da daxil olmaqla xarici sifarişçilərə ZTR-80-ZTR-80A zirehli transportyorun modernizasiyasını təklif edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə “Burevestnik”in baş direktoru Georgi Zakamennıx “Armiya-2015” forumunun gedişatında RİA Novosti-yə bildirib.
“İxrac potensialı çox güclüdür (ZTR-80A): biz sərəncamında ZTR-80 olan ölkələrə modernizasiya təklif etmək istəyirik. Söhbət Banqladeş, Türkmənistan, Əlcəzair və Azərbaycandan gedir”, - Zakamennıx bildirib.
O, ZTR-80A-nın xarici sifarişçilər üçün xüsusilə cəlbedici olduğunu bildirib, belə ki, modernizasiya zamanı atəş qüvvəsi, maşının müdafiə və idarəsi yüksəldilib, eyni zamanda onun hərəkətliliyi qorunub saxlanılıb.
“Atəş qüvvəsinə gəldikdə, maşında 14,5 kalibrli yeni hərbi modul, lazerli uzaq məsafəli teploviziya hədəfi quraşdırılıb və hərbi dəsti genişləndirilib”, - müəssisənin baş direktoru bildirib.
Zakamennıx həmçinin “Burevestnik”in bu işinin Rusiya Müdafiə Nazirliyi və Federal mühafizə xidməti tərəfindən yüksək qiymətləndirildiyini əlavə edib.
Mənbə:> Oxu.Az