Prezidentdən təbrik məktubu
Azərbaycan prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Zati-aliləri Md. Əbdül Həmidə təbrik məktubu göndərib.
Dövlət başçısı həmkarını Müstəqillik günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Banqladeş arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Banqladeş xalqına daim sülh və rifah arzulayıram".
Mənbə:> AzərTAc