Bakıda olan erməni: Heç bir iradımız yoxdur – VİDEO
Avropa Oyunlarında iştirak etmək üçün Bakıya gələn Ermənistan idmançılarının təhlükəsizliyi gündəmdədir.
AzNews.info xəbər verir ki, Ermənistan nümayəndə heyətinin mətbuat xidmətinin rəhbəri Karen Qiloyan ANS TV-yə müsahibəsində bildirib ki, onların təhlükəsizliyi tam təmin olunur və ermənilərə qarşı heç bir ayrı-seçkilik aparılmır.
“Biz də digər idmançılar və onların nümayəndə heyəti kimi Atletlər kəndində qalırıq. Burada bizə nə pisdir, nə də yaxşı. Başqalarına qarşı necə davranırlarsa, bizə qarşı da elədirlər. Hər şey normaldır. Bizim heç bir iradımız yoxdur. Burada sakit yaşayırıq. Yalnız yarışlar haqqında fikirləşirik. Biz ilk gündən bura gələndə uşaqlarla danışdıq ki, nə bizə, nə də ki, sizə xoşagəlməz hadisələr lazım deyil. Ona görə biz hər bir hərəkətimizi birlikdə müzakirə edirik. Hara getmək istəyiriksə, onlar bizi sona qədər müşayət edirlər”, deyə Qilyona bildirib.
Mənbə:> ANSPRESS