Sərdar Cəlaloğlu: "Erməni idmançıların oyunlarda iştirakına etiraz etmək yersizdir"
Qarabağ Azadlıq Təşkilatı Birinci Avropa Oyunları çərçivəsində digər ölkələrlə yanaşı Ermənistan bayrağının da Bakıda qaldırılmasına, erməni idmançılarının Bakıya gözlənilən səfərlərinə qarşı etiraz aksiyası keçirib.
Ölkə.az-a açıqlamasında məsələyə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, indiki halda ermənilərin Bakıda keçirilən I Avropa Olimpiya Oyunlarında iştirakına etiraz nümayiş etdirməyin heç bir mənası yoxdur:
"Bu gün biz Dağlıq Qarabağ problemini dinc yolla həll etmək istəyiriksə, yeganə yol xalqlar arasında münasibətlərin dostluq müstəvisinə keçirilməsidir. Aktiv müharibə ediriksə, belə bir şəraitdə ermənilərin Bakıya gəlməsi, oyunlarda iştirak etməsi düzgün deyil. Bu baxımdan indiki halda ermənilərin Bakıda keçirilən I Avropa Olimpiya Oyunlarında iştirakına etiraz nümayiş etdirməyin heç bir mənası yoxdur. Seçdiyimiz siyasi xəttlə davranışlarımız arasında böyük ziddiyət yaranır. Mən ermənilərin bu oyunlarda iştirakının qəti əleyhinə deyiləm".
Mənbə:> Olke.az