BMT günahı tərəflər arasında paylaşdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

BMT günahı tərəflər arasında paylaşdı

BMT günahı tərəflər arasında paylaşdı


Birləşmiş Millətlər Təşkilatı Fələstin ilə İsrail arasındakı 2014-cü il hərbi münaqişəsinə dair uzun müddətdən bəri gözlənilən qərarını qəbul edib. İnsan Haqları Şurasının qərarına əsasən, Qəzza zolağında baş vermiş hərbi qarşıdurmalarda, eyni zamanda, hər iki tərəf təqsirli bilinib. Müstəntiqlər münaqişə zamanı hər iki tərəfin ciddi zorakılıqlara yol verdiyini, buna dair açıq dəlillərin olduğunu qeyd ediblər. 183 səhifəlik sənəddə münaqişənin mülki insanların həyatına mənfi təsirləri işıqlandırılıb. Araşdırma komissiyasının rəhbəri Meri MakQouen-Devis İsrail hərbi qüvvələrini adi insanların evlərini hədəfə almaqda təqsirləndirib.

“Söhbət İsrailin sadə vətəndaşların evlərinə hücum etməsindən gedir. Hücumlar nəticəsində bəzi hallarda bir ailənin bütün üzvləri həlak olub. Onlar bəzən iftar süfrəsi arxasında öldürülüblər. Hücumlar xüsusilə uşaqlar üçün ağır nəticələr doğurub. Təxminən, 550 uşaq öldürülüb”.

İsrailin baş naziri Benyamin Netanyahu İnsan Haqları Şurasının qərarına qarşı sərt şəkildə reaksiya verib.

“İsrail hərbi qüvvələrinin özünü müdafiə tədbirləri beynəlxalq qanunlara tam uyğun şəkildə icra olunub. Komitənin qəbul etdiyi qərar qərəzli və qüsurludur. Biz münaqişə ilə əlaqədar ədatəli mövqe tutan müşahidəçiləri bu qərarı əsassız hesab etməyə çağırırıq”.

50 gün davam edən hərbi əməliyyatlar nəticəsində Fələstin tərəfdən 1462-si mülki vətəndaş olmaqla 2251 nəfər, İsrail tərəfdən isə, 6-sı mülki vətəndaş olmaqla 73 nəfər öldürülüb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *