İŞİD Putin və Merkeli hədələdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

İŞİD Putin və Merkeli hədələdi

İŞİD Putin və Merkeli hədələdi


`Əbu Davud` ləqəbli alman İŞİD-çi kansler Angela Merkelə videomüraciət ünvanlayıb.

AzVision.az xəbər verir ki, terror təşkilatına qoşulan alman, əvvəlcə ABŞ-a, daha sonra isə Almaniya kansleri A.Merkelə müraciət edib:

“ABŞ, sizi gözləyirik! 1400 ildir ki, sizi gözləyirik! Ey almanlar” Mürtəd Merkel! Sən İsrailə hədiyyəni verəndən sonra hamınız toplanın. Olland, Kameron, Putin, hamınız müsəlmanlara qarşı birləşin. Məğlub olacaqsınız”.

Cihadçı videomüraciətində Almaniya, Avstriya və İsveçrədəki müsəlmanlara da müraciət edib: “Mürtədlərlə bir yerdə olmayın. İŞİD sıralarına qoşulun, Allah yolunda savaşın”.

Almaniyanın “Die Welt” qəzetinin yaydığı məlumata görə, təhdid müraciətini göndərən İŞİD-çi Maykl N. 2012-ci ildə Almaniyanın qadağa etdiyi “Millatu İbrahim” təşkilatına qoşulub və Millatu İbrahim məscidində moizə deyib.
Onun 2012-ci ildə ailəsi ilə birlikdə ölkəni tərk edərək bir müddət Liviyada yaşadığı, oradan isə Suriyaya getdiyi bildirilir.

Fatimə Kərimli

Mənbə: Azvision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *