Jak For: Biz Azərbaycana təsir edə bilmərik
Azərbaycana təsir üçün çox az rıçaqlar mövcuddur.
Oxu.Az news.am-a istinadən xəbər verir ki, bu barədə İrəvanda ATƏT-in Minsk qrupunun keçmiş həmsədri erməni deputat Tevan Poqosyanın Azərbaycana təzyiq üçün Minsk qrupunda hansı mexanizmlərin olması barədə sualını cavablandırarkən bildirib.
Jak Forun sözlərinə görə, Azərbaycana təsir etmək üçün maliyyə rıçaqları yoxdur və bu ölkəni beynəlxalq təşkilatlarda üzvlükdən məhrum etmək üçün də rıçaqlar mövcud deyil.
“Buna görə də, inandırma metoduna təkid etmək lazımdır”, - deyə, ATƏT-in Minsk qrupunun keçmiş fransalı həmsədri bildirib.
Mənbə:> Oxu.Az