ABŞ Ukraynaya hərbi yardım göstərəcək
ABŞ senatı Ağ evin etirazına baxmayaraq hərbi büdcəyə 620 milyard dollarlıq düzəlişi qəbul etdi. Bu barədə Associated Press bildirib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, düzəlişin lehinə 75 senator, əleyhinə isə 25 senator səs verib.
Ukraynaya 300 milyon dollar məbləğində yardım nəzərdə tutan yenilənmiş qanun layihəsi ABŞ prezidenti Barak Obamanın Quantanamo həbsxanasını bağlamaq niyyətində çətinlik yaradır.
Obama isə öz növbəsində qanun layihəsinə veto qoyacağı ilə hədələyib.
Mənbə:> Oxu.Az