Bakı-2015-in Açılış mərasimi haqqında maraqlı faktlar
Avropa Oyunları barədə bilmədikləriniz.
1. 2012-ci ilin dekabr ayında Bakı tarixdə Birinci Avropa Oyunlarının lokasiyası üçün seçildi.
2. 50 Milli Olimpiya Komitəsini təmsil edən 6000 idmançı 18 arenada 20 idman növü üzrə 253 medal uğrunda mübarizə aparacaq.
3. Bakı-2015-in könüllülərinin rəsmi adı Alov qoruyucularıdır. Bu, Azərbaycanın odlar yurdu olması ilə əlaqədardır.
4. Bu il Novruz bayramı nadir günəş tutulması ilə müşayiət edilib. Bu günəş tutulması Avropanın bütün güşələrində müşahidə edildi. Bu təbii hadisə tədbirdə nümayiş etdirilib.
5. Mərasimin rejissoru Dmitris Papaioann dünya şöhrətini 2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarının rəhbəri kimi qazanıb.
6. Oyunların Açılış mərasimində səslənən musiqilərin dörddən üçü azərbaycanlı bəstəkarlar tərəfindən yazılıb. Əsasən XX əsr məşhur musiqiçilərinin – Üzeyir Hacıbəyov, Qara Qarayev və Fikrət Əmirovun musiqiləri səslənib. Stadionda həmçinin Alim Qasımov və Natiq Şirinov kimi əfsanəvi artistlər çıxış edib.
7. Səhnənin quraşdırılmasına 3 ay vaxt sərf edilib, cəmi üç günə isə sökülüb.
8. Minlərlə rəqqasə arenaya gələrək çoxqatlı ətəkləri ilə Azərbaycan xalçalarının naxışlarını təsvir ediblər.
9. 24 il öncə 1991-ci ildə Azərbaycan müstəqillik əldə edib. Bu ildönümünün şərəfinə Oyunlara olan vaxtın başlanğıcına geriyə sayım nağara üzərində 24-dən başladı.
10. Aprel ayının 26-dan başlayaraq 48 gün ərzində minlərlə insan məşəli ölkənin müxtəlif regionlarında daşıyıb. Bakı-2015-in alovunun səfərinin ümumi uzunluğu 5500 km olub.
11. İlham Zəkiyev - Azərbaycan cüdoçusu. 1998-ci ildə başından güllə yarası alıb və görmə qabiliyyətini itirib. Uzun müddətli reabilitasiya dövründən sonra İlham idmana qayıdıb: onun hesabında Paralimpiya Oyunlarında qazanılan iki qızıl medal, ikiqat dünya çempionu və beşqat Avropa çempionu adı var.
12. Nizaminin qəhrəmanlarına həsr edilmiş səhnədə 300 nəfər iştirak edib.
“Yeddi gözəl”dən başlamış “Cənnət”ə kimi müxtəlif əsərlərin mifik və nağıl qəhrəmanları nümayiş etdirilib.