Papa günahların siyahısına bunu da əlavə etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Papa günahların siyahısına bunu da əlavə etdi

Papa günahların siyahısına bunu da əlavə etdi


Katolik kilsəsi ekologiyaya dağıdıcı münasibəti günah elan edir.

Kilsə hesab edir ki, “ekoloji günah” anlayışı kilsənin günah təliminə salınmalıdır.

Roma Papası Fransisin “Bizim ümumi evimizin qayğısına qalaq” adlı ətraf mühit haqda ensiklikasını tədqim edən Şərqi Pravoslav Metropoliyasının rəhbəri Con Zizioulas deyib ki, Papanın ensiklikası insan tarixinin həlledici məqamında gəlir və şübhəsiz, insanların şüuruna dünya miqyaslı təsir göstərəcək.

Arayış üçün deyək ki, Roma Papası yalnız nadir hallarda, özü də çox mühüm hadisələr barədə ensiklika verir. Bu sənəd öz statusuna görə, yalnız apostol konstitusiyasından geri qalır.

C.Zizioulas deyib ki, ensiklikadan göründüyü kimi, ekoloji böhran mənəvi problemdir. insanlıqla Yer arasında təbii əlaqə qırılıb: “Təbiətə belə münasibəti biz günah hesab edirik”.

C.Zizioulas deyir ki, kilsə özünün günah haqda təliminə ekologiya əleyhinə günahı da daxil etməlidir: “Ekoloji günah anlayışı olmalıdır”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *