Azərbaycanlıları Ermənistan nümayəndə heyətinə “soyuq” münasibət göstərməkdə suçlayanlar bu görüntülərə baxsın » AzNews.info -Xəbər portalı

Azərbaycanlıları Ermənistan nümayəndə heyətinə “soyuq” münasibət göstərməkdə suçlayanlar bu görüntülərə baxsın – VİDEO

Azərbaycanlıları Ermənistan nümayəndə heyətinə “soyuq” münasibət göstərməkdə suçlayanlar bu görüntülərə baxsın


Bakıdakı Avropa Oyunlarının açılış mərasimində “çatışmazlıq”lar axtaranlar, stadiona toplaşmış tamaşaçıları Ermənistan nümayəndə heyətinə “soyuq” münasibət göstərməkdə suçlayırlar. Amma görünür, bu “ittihamı” səsləndirənlərin yaddaşı çox qısadır. Elə isə, onlara cəmi 3 il əvvəl – 2012-ci ildə Yerevanda keçirilən boks üzrə dünya çempionatında Azərbaycanın nümayəndə heyətinə qarşı göstərilən sayğısızlığı xatırlatmaq istərdik.

AzNews.info-nun “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, həmin çempionatın açılış məraisimində bütün nümayəndə heyətlərinin bayraqlarını erməni qızları daşıdığı halda, Azərbaycan bayrağı Afrika mənşəli xanıma “etibar edilmişdi”.

Təbii ki, tolerant Azərbaycan üçün onun bayrağını hansı irqin nümayəndəsinin daşıması heç bir fərq etmir – biz bütün irqlərə və millətlərə hörmət və sayğı ilə yanaşırıq. Bu, sadəcə, Ermənistanın irqçiliq və millətçiliyinin göstəricisi sayıla bilər: görünür, monoetnik Ermənistan üçün Azərbaycan bayrağının afrikalı xanımın daşıması bizim üçün təhqir sayılmalıdı. Bu zaman ermənilər belə yanaşmanın həmin xanıma və onun təmsilçisi olduğu xalqa təhqir, irqi ayrıseçkilik olduğunun fərqində belə deyillər. Burada xatırlatmaq yerinə düşər ki, vaxtilə Ermənistanın sabiq prezidenti Robert Koçaryan rasisit ideoloqlarına xas olan tərzdə erməni və Azərbaycan xalqlarının etnik uyğunsuzluğu haqqında bəyanatla çıxış etmişdi.

Bir sözlə, Avropa Oyunlarının açılış mərasimi ilə bağlı Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirənlərə tez-tez bu videoya baxmağı tövsiyə edərdik.

Qeyd etdiyimiz məqam videoda 1.30-cu dəqiqədə.


Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *