"Voterqeyt" qalmaqalından 43 il ötür
Amerika Birləşmiş Ştatlarında 1974-cü ildə ölkə prezidenti Riçard Niksonun istefası ilə nəticələnmiş "Voterqeyt qalmaqalı"nın 43-cü ildönümü qeyd edilir. 1972-ci il iyunun 17-də Demokratlar partiyasından olan prezidentliyə namizədin Vaşinqtondakı "Voterqeyt" kompleksində yerləşən qərargahına daxil olan bir neçə nəfər saxlanılıb. Onlar qərargahda dinləmə cihazı yerləşdirməyə çalışırlarmış.
"Voterqeyt qalmaqalı" ilə bağlı hadisələrin araşdırılması ilə məşğul olan "Washington Post" qəzetinin əməkdaşları Bob Vudvord və Karl Bernsteyn belə bir nəticəyə gəlmişdilər ki, Demokratlar partiyasının seçkiqabağı qərargahına soxulan insanlar Riçard Nikson administrasiyası ilə əlaqəlidir. Bu qalmaqal isə ABŞ prezidentinin istefasına səbəb olub və Nikson Amerika tarixinə indiyədək istefa vermiş yeganə prezident kimi düşüb.
Mənbə:> ANSPRESS