“ABŞ prezidentini Pitbull seçəcək”
Amerika Birləşmiş Ştatlarında (ABŞ) prezident postu uğurunda gedən seçki yarışında mübarizə aparan Ceb Buş maraqlı açıqlama verib.
ANS PRESS-in məlumatına görə, atası böyük Corc Buş və qardaşı kiçik Corc Buşdan sonra Buş ailəsinin dövlət başçılığına üçüncü namizəd olan Ceb Buş məşhur simaların populyarlığında seçkidə istifadə edilə biləcəyini vurğulayıb.
Vaşinqtondakı küçələrdən birində TMZ-nin müxbiri ilə rastlaşan Buş beyzbol matçından gəldiyini deyib. Müxbirin kiminlə oynaması barədə verdiyi suala, əvvəlcə “Teodor Ruzveltlə”, cavabı versə də, daha sonra məşhur reper Pitbulla oynadığını deyib.
ABŞ qəzetlərinin yazdığı xəbərə görə, Pitbullun yerli seçicilər üzərində böyük təsiri var. Buna görə də Respublikaçılar və Demokratlar onu öz kampaniyalarına cəlb etməyə çalışırlar.
Qeyd edilir ki, məşhur reper Latın Amerikası əhalisi arasında xüsusilə hörmət sahibidir.
Mənbə:> ANSPRESS