Armen Badalyan: Qarabağda qələbənin mahiyyəti tamamən itib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Armen Badalyan: Qarabağda qələbənin mahiyyəti tamamən itib

Armen Badalyan: Qarabağda qələbənin mahiyyəti tamamən itib


Bu gün Ermənistanda Dağlıq Qarabağa qarşı münasibət mənfidir.

Oxu.Az epress.am-a istinadən xəbər verir ki, bu barədə hüquq mühafizəçisi Mikael Danielyanın “Dissidentskaya kuxnya” verilişinin efirində siyasi və seçki texnologiyaları üzrə ekspert Armen Badalyan bəyan edib.

“İndi 88-ci il deyil, bunu anlamaq lazımdır. Cəmiyyətdə Qarabağ mənşəli prezidenti də görüblər, martın 1-də. Yəni əgər sizə Qarabağda nə isə baş versə İrəvanda 100 minlik nümayişin yığılacağını desələr, inanmayın. Çünki təfəkkürümüzdə nə isə dəyişilib.

88-ci ildə Qarabağ insanların təfəkküründə işıqlı gələcək idi. İndi 20 ildən sonra cəmiyyət dəyişib və Qarabağ məsələsinin mahiyyəti dəyişib. Sirr deyil ki, ikinci prezidenti (Robert Koçaryanı), üçüncü prezidenti (Serj Sarkisyanı) da, onların qardaşlarını da görmüşük, onlar – qarabağlılar da görüb.

Bütün bunlar öz izini qoyur, və bu iz müəyyən bir müddətdən sonra təsir edir. Bir çox hallarda mən insanlara deyirəm ki, əgər Şuşa üzərində Azərbaycan bayrağını görsəniz İrəvanda 100 minlik nümayiş gözləməyin.

Ola bilər ki, daşnaqlar, bir neçə yüz adam nümayiş keçirə bilər, amma Qarabağ qələbəsi öz mahiyyətini tamamən itirib”, - Badalyan bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *