Jirinovski: Qarabağ Moskvanın nəzarəti altında keçsin » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Jirinovski: Qarabağ Moskvanın nəzarəti altında keçsin

Jirinovski: Qarabağ Moskvanın nəzarəti altında keçsin


Əgər Qarabağ Azərbaycana qaytarılsa, ermənilər narazı qalacaq. Əgər indiki status-kvo qəbul edilsə, siz narazı qalacaqsınız. Mən üçüncü variantı təklif edirəm - Qarabağın Moskvanın nəzarəti altına keçməsini elan etmək olar.

AzNews.info xəbər verir ki, bunu virtualaz.org saytına müsahibəsində Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri, məşhur siyasətçi Vladimir Jirinovski bildirib.

Onun sözlərinə görə, bu bölgədəki ermənilərin və azərbaycanlıların təhlükəsizliyini, insanların sərbəst hərəkətini, iqtisadiyyatı Rusiya bərpa edə bilər.

“Bunu aralıq variant kimi sınaqdan çıxarmaq olar. Qarabağda Azərbaycan bayrağının dalğalanmasını istəmirlər. Ümumi bir bayraq fikirləşib tapmaq olar. Məsələn, MDB-nin bayrağını. O bayraqda qoy Rusiya, Azərbaycan və Ermənistan bayraqlarının elementləri olsun”.

Jirinovski bildirib ki, Moskva üçün çox çətindir.

“Gürcü-abxaz münaqişəsini götürək. Onlar heç vaxt barışmayacaq. Gürcüstan Abxaziyanın müstəqil olmasını istəmir. Abxaziya isə Gürcüstanın tərkibinə qayıtmağı qətiyyən arzulamır və bu haqda heş eşitmək belə istəmir. Cənubi Osetiyanın mövcudluğunu istəmirlər. Bizim Cənubi Osetiya ilə yanaşı Şimaali Osetiya problemimiz də var.

Bütün bu problemlər sovet hakimiyyətinin tör-töküntüləridir. Çar Rusiyası zamanında belə problemlər yox idi. Bakı və İrəvan quberniyaları var idi. İndi hər şey bir-birinə qarışıb. Ona görə problem yox idi ki, o zaman ərazi bölgüsü vardı. Milli mənsubiyyət prinsipi əsasında bölgü yox idi.

İndi isə siz müstəqil dövlətlərsiniz və daha geriyə yol yoxdur. Bunu başa düşməlisiniz ki, Moskvada kimlərəsə simpatiya və ya antipatiya yoxdur. Bizə heç bir müharibə lazım deyil. SSRİ-ni qoruyub saxlamaq və bütün münaqişələri necə deyərlər, beşiyində boğmaq lazım idi. Milli ədavət zəminində münaqişələrə yol verilməməli idi. Onların qarşısını almaq lazım idi”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *