Avropa Oyunlarını boykot etməyə çağıranların arxasında erməni təşkilatı dayanır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, İdman

Avropa Oyunlarını boykot etməyə çağıranların arxasında erməni təşkilatı dayanır

Avropa Oyunlarını boykot etməyə çağıranların arxasında erməni təşkilatı dayanır


Bakıda keçiriləcək birinci Avropa Oyunlarının boykot edilməsi çağırışlarının arxasında ABŞ-da fəaliyyət göstərən erməni təşkilatı dayanır.

Oxu.Az xəbər verir ki, Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan özünün “Twitter” səhifəsində bu barədə çağırışla çıxış edib.

O, Avropa Oyunlarını boykot etməyə çağırıb.

Xatırladaq ki, Avropa Oyunlarında 18 Ermənistan idmançısı iştirak edəcək.

ANCA Amerikada fəaliyyət göstərən ən böyük və ən radikal erməni təşkilatıdır. Uzun illər ərzində erməni terror təşkilatı ASALA-nın maliyyə və ideologiya mənbəyi rolunda çıxış edib.

Bu qurumun adı dəfələrlə ABŞ-da çirkli pulların yuyulması, şantaj və müxtəlif konqresmenlərin ələ alınması qalmaqallarında çəkilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *