“Amnesty International”: Təşkilat I Avropa Oyunlarını boykot etməyə çağırmayıb
“Amnesty International” Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağırmayıb.
AzNews.info xəbər verir ki, APA-nın xəbərinə görə, bunu “Amnesty International”ın Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Con Dalusen bəyan edib.
Təşkilatın bununla bağlı yaydığı açıqlamada qeyd olunub ki, “Amnesty International”-ın sonuncu məruzəsi çıxandan sonra Azərbaycan və Ermənistan mətbuatında təşkilatın I Avropa Oyunlarını boykot etməyə çağırması ilə bağlı məlumatlar yayılıb:
“Təşkilat nə məruzədə, nə əlavə edilən press-relizdə, nə də bu məruzə ilə bağlı KİV-lərə hər hansı müsahibədə Oyunları boykot etməyə çağırıb”.
Qeyd edək ki, bir neçə gün öncə bəzi KİV-lər “Amnesty International”-ın Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağırması barədə məlumat yayıb.
Mənbə:> APA