Texniki direktor yığmanın oyunlarını izləyəcək
Texniki direktor yığmanın oyunlarını izləyəcək.
ANS PRESS-in AFFA-ya istinadla verdiyi məlumata görə, FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması ikinci qrup mərhələsi çərçivəsində yanvarın 7-də Sankt-Peterburq, yanvarın 8-də isə Koreya Respublikasının komandası ilə qarşılaşacaq.
Yığmamızın iştirakı ilə keçiriləcək hər iki oyunu AFFA-nın Texniki direktoru Bernhard Lippert də izləyəcək.
Bununla yanaşı, AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, üzvləri Ağasəlim Mircavadov, Şahin Diniyev və Şakir Qəribov isə yanvarın 14-dən 24-dək Türkiyənin Antalya şəhərində, Böyükağa Hacıyev isə ölkəmizdə hazırlıq keçən klublarımızın məşqlərini və yoxlama oyunlarını izləyəcək.
Mənbə:> ANSPRESS