Avropa İttifaqının ofisi "Bakı-2015"i boykot etməyə çağırmayıb
Avropa İttifaqının Bakı ofisinin Aİ ölkələrini Bakıda keçiriləcək Avropa Oyunlarını boykot etməyə çağırdığı haqqında məlumatlar həqiqətə uyğun deyil.
"Turan" bildirir ki, bu barədə Aİ ofisinin press-relizində deyilir.
Daha sonra sənəddə qeyd edilir ki, bu idman tədbirində iştirak etməmək haqqında tövsiyə vermək ofisin səlahiyyətlərinə aid deyil.
Bundan başqa, Şərq Tərəfdaşlığı ölkəsinin Riqa Sammitinin birgə bəyanatında deyilir ki, sammitin iştirakçıları iyun ayında Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarını səbirsizliklə gözləyir, deyə press-relizdə qeyd edilir.
Qeyd edək ki, bu bəyanat APA-nın Yunanıstan səfirinin öz hökumətinə Avropa dövlətləri başçılarından heç kimin Oyunların açılışına gəlməyəcəyi haqqında məlumat verdiyini yazmasından sonra verilib. Saytın yazdığına görə, guya ona bu barədə diplomatik mənbələrdən - Aİ-nin Bakı ofisindən bildiriblər.
Mənbə:> turan