Rusiyanın ən yaxın dostlarının adları açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Rusiyanın ən yaxın dostlarının adları açıqlandı

Rusiyanın ən yaxın dostlarının adları açıqlandı


Rusiyalıların çoxu ABŞ, Avropa İttifaqı və Ukrayna haqqında neqativ fikirdədirlər, Belarus, Çin və Qazaxıstanı isə dost ölkə hesab edirlər.

Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, “Levada Mərkəz” tərəfindən Rusiya Federasiyasının 134 yaşayış məntəqəsində 22-25 may arasında aparılan bu sorğuda 1600 nəfər iştirak edib.

Nəticələrə müvafiq olaraq sorğuya cəlb edilənlərin 73%-i ABŞ-a pis münasibət bəsləyirlər. Bu ölkə haqqında müsbət fikri hər yeddinci adam (15%) bildirir, 12%-i isə cavab verməyə çətinlik çəkiblər.

Rusiyalıların Avropa İttifaqı və Ukrayna barəsində fikirləri eynidir: 59% mənfi düşünənlərə qarşı 26% müsbət düşünən insan olub. Müvafiq olaraq 16% və 14% adam bitərəf olub.

Rusiya və Almaniya münasibətlərini sorğuya cəlb edilənlərin 39%-i normal qiymətləndirirlər. Hər üçüncü (33%) bu münasibətlərdə soyuqluq, 12% gərginlik, 2% düşmənçilik hiss edir. 9% isə bu iki ölkə arasında yaxşı qarşılıqlı münasibətlərin olduğunu deyir.

Ruslar Belarus və Çinə ənənəvi olaraq xoş münasibətdədirlər: müvafiq olaraq 83% və 80% bu dövlətlər haqqında müsbət, 7% isə mənfi münasibətdədirlər.

Gürcüstana qarşı münasibətdə rusiyalılarda fikir ayrılığı yaranıb: 42% bu ölkəyə müsbət, 36% əksinə, mənfi fikirdədirlər. Sorğuya cəlb edilənlərin demək olar ki, dörddə biri (22%) cavab verməkdə çətinlik çəkiblər.

Rusiyaya dost olan beşliyə rusiyalıların fikrincə: Belarus (55%), Çin (43%), Qazaxıstan (41%), Hindistan və Ermənistan (18%). Analoji “antireytinqdə” liderlər – ABŞ (73%), Ukrayna (37%), Latviya, Litva (25%) və Polşa (22%).

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *