Qocalmanın müsbət tərəfləri
Ömrün uzanması dünyadakı yaşlı insanların sayının artmasına gətirib çıxarır.
ANS PRESS-in məlumatına görə, Plos ONE jurnalında qocalmanın müsbət və mənfi cəhətlərini müəyyənləşdiriblər. Mütəxəssislərin fikrincə, qocalmanın mənfi tərəfləri iqtisadi asılılıq və səhiyyə xərclərinin çoxalmasıdır.
Bununla belə, jurnalda müsbət cəhətlər də göstərilib. Bildirilib ki, insanlar yaşlaşdıqca onların enerji istehlakı, təbiətə verdikləri zərər azalır. Ömrün uzanması sağlam keçirilən həyatın da uzanmasına gətirib çıxarır. Mütəxəssislərin hesablamalarına görə, Almaniyada 2050-ci ildə insan ömrünün 80%-ni sağlam keçirəcək. Halbuki indiki zamanda bu nisbət 65% təşkil edir.
Mənbə:> ANSPRESS