Yunanıstanın Bakıdakı səfirliyi qəzəbləndi
Yunanıstanın Azərbaycandakı səfirliyi yerli mətbuatda öz ünvanına ləkəyaxma kampaniyasını kəskin şəkildə pisləyən bəyanat yayıb.
“Yunanıstan Respublikasının səfirliyi dünən yerli mətbuat tərəfindən yayımlanan və bir sıra kütləvi informasiya vasitələri tərəfindən yenidən dərc olunan görünməmiş hücum və əsassız iddialarla bağlı xoşagəlməz dərəcədə təəccüblü və artıq dərəcədə narahatdır.
Yunanıstan I Avropa Oyunlarının hazırlığının bir çox səviyyələrində dərindən iştirak edir və nəticə etibarilə onların uğurlarına çox maraqlıdır.
Beləliklə, səfirlik edilən iddialarla bağlı heç vaxt hər hansı bir hərəkət etməmiş və əsassız, saxta, pisniyyətli və yalnış məlumata əsaslanan müəllif adı qeyd olunmayan məqalənin bütün məzmununu bir daha qəti şəkildə təkzib və etiraz edir” - deyə səfirliyin bəyanatında qeyd edilir.
Xatırladaq ki, dünən APA agentliyi bəzi mənbələrə istinadən Yunanıstan səfirini öz hökumətinə digər Avropa liderləri də gəlməyəcəyi üçün Avropa Oyunlarının açılış mərasimində iştirak etməməyi tövsiyə etməkdə ittiham edib.
Mənbə:> ANSPRESS