Bakıya görə Afinaya çağırış » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Bakıya görə Afinaya çağırış

Bakıya görə Afinaya çağırış


Kommersiya sazişi bağlamış bütün tərəflər, ilk növbədə, müqavilənin şərtlərinə əməl etməlidirlər. Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Yunanıstanın yeni hökumətinin Transadriatik qaz kəməri (TAP) üzrə imzalanmış sazişin rentabelli olmaması barədə bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, Aİ qanunun aliliyinə əsaslanmış yeganə institutdur və qurumun bütün üzv ölkələri təşkilatın leqal bazasını formalaşdıran mövcud qayda, norma və prosedurlara əməl etməlidirlər.

SOCAR-ın Yunanıstanın DESFA qaz nəqli şirkətini əldə etməsi üzrə sazişə gəlincə, xanım M.Mard qeyd edib ki, saziş razılaşdırma mərhələsindədir ki, bu da standart prosedurdur və müqavilədə iştirak etmiş tərəflərə yönəlməyib.

O, əlavə edib ki, Azərbaycan və Aİ arasında strateji enerji tərəfdaşlığı məsələsində ümumilikdə müsbət proses müşahidə edilir ki, bu da Avropanın enerji təhlükəsizliyinin artmasına və enerji tədarüklərinin şaxələndirilməsinə xidmət edir: "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsinə sadiqlik Avropa üçün birinci dərəcəli əhəmiyyət kəsb edir".

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *