“Bakı-2015”in rəsmi saytı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, İdman

“Bakı-2015”in rəsmi saytı

“Bakı-2015”in rəsmi saytı


“Qafqazinfo”nun məlumatına görə, yeni mobil versiya həm Azərbaycan, həm də ingilis dillərində fəaliyyət göstərir. Saytda birinci Avropa Oyunları ilə bağlı ən son və yeni məlumatlar yerləşdiriləcək, eləcə də sosial media üçün tam interaktivliyi təmin ediləcək. Yeni versiyanı iOS, Android, Windows Phone platformalarından yükləmək mümkündür.

İstifadəçilər mobil versiya vasitəsilə “Bakı-2015”-in bütün yarışlarını canlı izləyə biləcək, obyektlər, idman növləri və Oyunlarda iştirak edəcək 6 mindən çox atlet haqqında geniş məlumat əldə edəcəklər.

Avropa Oyunlarına ev sahibliyi edən şəhəri ən yaxşı şəkildə göstərən “Bakıda coşqu” veb-saytı (Bu ünvandan daxil ola bilərsiniz: biginbaku.com) versiyada xüsusi sosial media bölməsi kimi təqdim edilir.

Qeyd edək ki, istifadəçiləri Avropa Oyunlarının təntənəli məşəl estafetinə, virtual alov səyahətinə dəvət edən “Bakı-2015”in ən müasir alov veb-saytı (flame.baku2015.com) fəaliyyət göstərdiyi aprelin 26-dan etibarən üç mükafat qazanıb. “Dünyada ən yaxşı veb dizaynerlərinin, tərtibatçıların və agentliklərin istedad və səyini tanımağa” çalışan “Awards”ın münsiflər heyəti səhifəni mayın 30-da günün saytı adlandırıblar. “Awards” rəqəmsal dünyada iki ən mühüm yeniliklərdən biri hesab olunur və alov saytı bu ilin sonunda “Dünyada ən yaxşı 365 veb-sayt” illik nəşrinə daxil ediləcək.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *