FHN-nin saytı "Ən yaxşı dövlət saytı" oldu
“Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi internet informasiya portalı (www.fhn.gov.az) mükafat alıb.
“Netty-2015” Azərbaycan Milli İnternet Mükafatının "ən yaxşı dövlət saytı" nominasiyasının builki qalibi FHN-nin internet resursu olub. Mükafatı rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə təqdim edib.
Qeyd edək ki, “Netty-2015” Azərbaycan Milli İnternet Mükafatı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunur.
Bu ilki mükafat uğrunda 16 nominasiya üzrə 303 sayt arasından seçim edilib.
Mənbə:> APA