Klintonun dostunu Rusiyada tutublar
Rusiyada ABŞ-ın eks prezidenti Bil Klintonun dostunu türməyə salıblar.
ANS PRESS-in məlumatına görə, LifeNews xəbər verir ki, RF-də Amerika ticarət palatasının keçmiş prezidenti Skot Bleklin indi deportasiya olunmasını xüsusi kamerada gözləməli olacaq.
Qeyd edək ki, Skot Bleklin bundan əvvəl də bir dəfə miqrasiya qanunu pozduğuna görə Rusiya ərazisindən çıxarılıb. 2014-cü ilin may ayında Federal Miqrasiya xidməti idarəsinin Nijeqorod bölgəsinin əməldaşları Skot Bleklinin Rusiya gəliş səbəbinin ölkədən ayrılarkən uyğun olmadığını üzə çıxarıblar. Elə həmin vaxt Bleklin Rusiya ərazisinə daxil olması qadağan olunan vətəndaşların siyahısına alınmışdı.