Prezidentin keçmiş arvadı yeni kişiylə yaxalandı – FOTO
Estoniya prezidenti Tomas Hendrikin keçmiş həyat yoldaşı Evelina İlves yeni kişiylə görünüb.
ANS PRESS-in məlumatına görə, bu haqda "Postimes" xəbər verib.
Nəşrin məlumatına görə, 47 yaşlı İlvesin yeni seçimi “Tuulelootsutajad” ansamblının 31 yaşlı musiqiçisi Siym Rikker olub.
Onların arasında romantik münasibətlər və ya sadəcə möhkəm dostluq olduğu barədə hələ ki məlumat yoxdur.
Qeyd edək ki, 2014-cü ilin yayında İlves 28 yaşlı fransız Vinsent Arenaqomla diqqət mərkəzinə düşmüşdü.
Daha sonra o rəsmi tədbirlərdə ərini müşayiət etməməyə başladı.
Bir müddət əvvəl isə Estoniya prezidenti və onun arvadının ayrıldığı xəbəri verildi.
Qeyd edək ki, keçən il avqust ayında Estoniya prezidentinin xanımı Evelina İlvesin gənc oğlanla öpüşən yerdə şəkilləri yayılmışdı.
Mənbə:> ANSPRESS