ABŞ-da gözlənilməz etiraf
Amerika Birləşmiş Ştatları (ABŞ) İraq və Suriyada terrorçulara qarşı həyata keçirdiyi koalisiya hücumlarında mülkilərin vurulmadığını bildirsə də, bu dəfəki açıqlama gözlənilməz olub.
ANS PRESS-in məlumatına görə, əməliyyatlara rəhbərlik edən ABŞ ordusu generalı Ceyms El Terri dünya miqyasında reallaşdırılan hava hücumlarını araşdıran bir sayta verdiyi açıqlamada ötən ilin noyabr ayında “Xorasan” adlı qruplaşmaya hücum zamanı iki uşağın öldüyünü etiraf edib.
Hadisə Hələb yaxınlığındakı Hələbdə əl-Nsranın qolu olan “Xorasan” qruplaşmasının məntəqələrinə zərbələr endirərkən baş verib.
“Dünyalarını dəyişmələrinə görə çox kədərləndik. Koalisiya mülkiləri riskdən uzaq saxlamaq üçün əllərindən gələni edir”, - deyə general sözlərinə əlavə edib.
Qeyd edək ki, aylardır insan haqları təşkilatları və yerli xəbər mənbələri hücumlar zamanı mülkilərin də öldüyünü bildirsə də, ABŞ inkar siyasəti yürütməkdə idi.
Mənbə:> ANSPRESS