Bakı rəsmən imtina etdi » AzNews.info -Xəbər portalı

Bakı rəsmən imtina etdi

Bakı rəsmən imtina etdi


Avropa İttifaqı (Aİ) Riqada "Şərq Tərəfdaşlığı" sammitində də göstərdi ki, Azərbaycana qarşı ikili standartlara yol verir.

ANS PRESS-in məlumatına görə, bunu Milli Məclis sədrinin birinci vitse-spikeri Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Z.Əsgərov bildirib ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edir: “Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirir. Hesab edirik ki, bizim nümayəndə heyətimiz düzgün qərar qəbul etdi və xüsusi rəylə çıxış etdi".

Onun sözlərinə görə, çox təəssüf ki, tərəfdaşlıq proqramı çərçivəsində keçirilən sammitdə də ərazi bütövlüyü məsələsinə yanlış münasibət ifadə olunub.

Z.Əsgərov onu da bildirib ki, Azərbaycan gələn ayın 18-22-də Ermənistanda (İrəvanda) keçiriləcək NATO Parlament Assambleyasının növbəti “Rose-Roth” seminarında iştirakdan rəsmi olaraq imtina edib

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *