“ATƏT-in helikopterlə bağlı bəyanatı təxribatdır” - Ziyafət Əsgərov
Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən Z. Əsgərov bildirib ki, ATƏT-in həmsədrləri son açıqlamalarında təxribatlı bəyanat veriblər:
”Bəyanatda iddia edilir ki, guya vertolyot neytral əraziyə dşüüb. Bu nə deməkdir? Burada heç bir neytral ərazidən söhbət gedə bilməz.Vertolyotun düşdüyü ərazi Azərbaycan ərazisidir. ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransa dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər. Onların bu cür bəyanat verməsi təxribatdır, mənasız və məntiqsizdir”.
Mənbə:> Trend