Kasprişik vurulan helikopterin düşdüyü yerə gedir
ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişik böyük ehtimalla sabah və ya çərşənbə axşamı Azərbaycan səmasında vurulan erməni hərbi vertolyotunun düşdüyü yerə baş çəkəcək.
Bu barədə “Azadlıq” radiosunun erməni redaksiyası qondarma rejimin “prezidentinin” mətbuat katibi David Babayana istinadən xəbər yayıb.
Radionun “hadisə yeri atəş altındadırsa, Kasprişikin ora baş çəkməsi necə mümkün olacaq” sualına Babayam təhlükəsizlik və atəşin dayandırılması istiqamətində iş aparıldığını söyləyib.
Babayan ATƏT nümayəndəsinin bu viziti ilə pilotların cəsədlərinin ərazidən çıxarılacağına ümid etdiklərini bildirib.
Mənbə:> ANSPRESS