Putin bunu da bacarır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, İdman, Video

Putin bunu da bacarır – VİDEO

Putin bunu da bacarır


Rusiya ptrezidenti Vladimir Putin “Gecə Hokkey Liqası”nın (GHL) qala matçında hokkeyçi kimi buza üstünə çıxıb.

ANS PRESS-in məlumatına görə, hokkey matçı Soçidə "Böyük buz sarayı"nda baş tutub.

“GHL ulduzları” (Zvyozdı NXL) komandasının bütün oyunçuları kimi prezident də 70 nömrə ilə çıxış edib. Belə ki, final Böyük Vətən Müharibəsində qələbə gününün 70 illiyinə həsr edilib.

Oyun regional nümayəndələr və siyasi xadimlərin yer aldığı “GHL Yığması” (Zbornaya NXL) ilə siyasətçilər, məşhur biznesmenlər və dünya şöhrətli hokkey ulduzları yer alan “GHL ulduzları” komandası arasında baş tutub.

Oyun zamanı Putinin komandası rəqibdən çox güclü olub. Komandasının vurduğu 18 şaybadan 8-ni Putin özü vurub.

Oyun 18:6 hesabı ilə “GHL ulduzları” komandasının xeyrinə başa çatıb.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *