Amerikanın SSRİ şəhərlərinə nüvə zərbə planı
İkinci Dünya müharibəsinin son mərhələsi və uzun müddətli soyuq müharibənin müqəddiməsi bizim yadımıza – “Potsdam”, “Hirosima”, “Dropşot” kimi sözlərini salır. Üç müttəfiq ölkənin liderlərinin – Stalin, Çerçil və Trumenini Potsdam konfransı 1945-ci ilin iyul ayının 17-dən avqustun 2-nə qədər keçirilib. Bu konfransın başlanmasından bir gün öncə amerikalılar ilk dəfə öz ərazilərində eksperimental nüvə döyüş gülləsinin sınağını keçirmişdilər.
Görüş sona çatdıqdan sonra 6 və 9 avqustda, bu qəbildən olan bombalarla Yaponiyanın Hirosima və Naqasaki şəhərlərini külə döndəriblər. Artıq onda yeni silah növünün sınağının “böyük üçlüyün” görüşünə qədər çatdırmağa tələsmə və görüşün sonunda nüvə silahının qorxunc imkanlarını nümayiş etdirmə səyləri gözə çarpırdı.
Bütün bunlar İkinci Dünya müharibəsinin daha qorxulu və dağıdıcı bir müharibənin müqəddiməsi ola biləcəyini göstərirdi. Belə ki, Amerikanın “Troyan” planı SSRİ-yə miqyaslı avia-zərbələrin vurulmasını nəzərdə tuturdu. Bombalar 20 sovet şəhərinə düşməli idi, bura aqressor 300 nüvə və 20 min adi bomba atmalı idi. Əgər belə bir şey həqiqətən baş versəydi, bu yeni daha dəhşətli “Hirosima” olardı, onun qurbanlarını isə təsəvvür etmək çətin olardı.
İndi isə uzaq keçmişə qayıdaq. İkinci Dünya müharibəsinin sona çatmasına bir il qalmışdı, amma ABŞ-dan olan ekspertlər gələcəyə nəzər salmağa cəhd edirdilər. 1944-cü ilin mayın 16-da ABŞ Qərargah rəislərinin komitəsi ölkənin hökumətinə, müharibə başa çatdıqdan sonra Sovet İttifaqının çox güclü bir dövlət olacağı barədə məlumat verib. Bundan sonra ABŞ, Böyük Britaniya və SSRİ-nin iqtisadi maraqlarının toqquşmaları real olacaq.
1945-ci ilin fevralında Yalta konfransından əvvəl Qərargah rəislərinin komitəsi ölkə rəhbərliyinə hadisələrin mümkün inkişafına dair detallı təhlil təqdim edir. Atlantikanın o biri sahilində ekspertlər hesab edirlər ki, müharibədən sonra Sovet İttifaqı öz silahlı qüvvələrini 3 milyon nəfərə qədər azaltmalı olacaq. Bu müharibə nəticəsində dağıdılmış iqtisadiyyatın bərpası üçün boş əl lazımdır, bu dövrün 1952-ci ilə qədər sürəcəyi və SSRİ-yə hücum üçün ən əlverişli zamanın olması ehtimal edilirdi.
Müttəfiqlər arasında vəziyyət yavaş-yavaş, amma dəyişməz olaraq pisləşirdi. Sovet mətbuatında daha çox Kukrıniks və Boris Yefimovun karikaturalarından ibarət qəzəbli məqalələr dərc edilirdi, bu məqalələrdə “müharibəni alovlandıranlar” ifşa edilirdi. Amerika mətbuatı isə Sovet İttifaqına ideoloji hücumlarla cavab verirdi.
Bununla yanaşı, mətbuatda söz güləşdirməsi ilə məsələ bitmirdi. ABŞ ali hakimiyyəti İkinci Dünya müharibəsinin bitməsindən cəmi bir neçə ay sonra hərbçilərə Sovet İttifaqına hücum planı hazırlamaq göstərişi ilə müraciət edir.
1945-ci ilin noyabr ayının 3-də (yəni Yaponiyanın kapitulyasiyasından cəmi iki ay sonra) ABŞ Qərargah rəisləri komitəsinə Birləşmiş kəşfiyyat komitəsi tərəfindən 329 saylı məruzə təqdim edilir. Sənədin birinci fəslində: “Sovet İttifaqında strateji atom bombardmanı üçün təxminən 20 hədəf seçilsin” deyə, qeyd edilirdi. Amerikalı hərbi strateqlərin fikrincə, ən uyğun an çatıb. SSRİ İkinci Dünya müharibəsində qələbə üçün 27 milyon (bu rəqəm ilə əlaqədar mübahisələr hələ də davam edir) insan həyatı qurban verib, ABŞ isə bu müharibədə yarım milyon vətəndaşını itirib.
Eyni zamanda ştatların industrial potensialı hərbi əməliyyatlardan nəinki zərər görmədi, əksinə hərbi sifarişlərin hesabına hələ artmışdı. İkinci Dünya müharibəsinin sonunda dünya sənaye istehsalatının 2/3 və polad ərimənin ümumi həcminin yarısı ABŞ-ın payına düşürdü.
1945-ci ilin dekabr ayının 14-də ABŞ Qərargah rəisləri komitəsi direktiv dərc edir, burada qeyd edilirdi: “Sovet İttifaqına zərbə vurmaq üçün ABŞ-ın istifadə edə biləcəyi ən effektiv silah atom bombalarıdır”.
Həmin zaman yaranan planlar, ilk növbədə ölkənin iqtisadi potensialını çökdürəcək və orduda, eləcə də əhalidə psixoloji şok yaradacaq atom bombalarının tətbiqi və SSRİ ərazisinin bombardman edilməsi hesabına həlledici qələbənin əldə edilməsini ehtimal edirdi. Doğrudur, bombardmanın SSRİ əhalisinin öz hakimiyyəti ətrafında daha sıx birləşəcəyinə səbəb olacağı da ehtimal edilirdi.
1945-ci ilin sonundan başlayaraq Sovet İttifaqı ilə müharibə planlarının biri o birisi ilə əvəz edilirdi. Bununla yanaşı bu planlardan hər biri amerikalılarda müharibədə şərtsiz qələbəni vəd edirdi. Mümkün münaqişə ilə əlaqədar optimizmin təzahürünə dair arqumentlər yetərincə idi və onlardan ən əsası Vaşinqtonda o dövrdə atom bombasının hazır olması, Moskvanın isə bu qorxulu silahı hələ yaratmağa başlaması idi.
SSRİ-yə qarşı “Pinçer” adlı debüt amerikan planı 1946-cı ilin mart ayının 2-də hazır idi. Sovet İttifaqına qarşı hərbi əməliyyatlar üçün ehtimal edilən region Yaxın Şərq idi, belə ki, amerikan hərbçilərinin fikrincə məhz bu regionda Sovet İttifaqı sənaye və kənd təssərrüfatı sahəsində inkişaf etmiş rayonları – Ukrayna və Qafqaz üçün müdafiə qura bilərdi. Planda ABŞ-ı qələbəyə çatdıracaq güclü nüvə zərbəsi nəzərdə tutulurdu.
Sonrakı illərdə Amerika qərargahlarının işçiləri çox sayda plan tərtib etməyi və onların işlənməsini axına buraxmağı çatdırdılar. Bir-birinin ardınca “Buşveker”, “Krankşaft”, “Hafmun”, “Koqvill”, “Offtek” planları işıq üzü gördü. 1948-ci ildə 70 sovet şəhərinə 200 atom bombasının atılmasını nəzərdə tutan “Çariotir” planı təqdim edildi.
Beləliklə, hər yeni gün, soyuq müharibəni əsl münaqişəyə çevirə bilərdi. NATO bloku yaradıldıqdan sonra Vaşinqtonun daha çox müttəfiqi oldu, deməli ABŞ-ın hərbi potensialı da artdı. Amerikalı hərbçilərin planları sərtləşirdi.
1949-cu ilin dekabr ayının 19-da Qərargah rəislərinin komitəsi tərəfindən SSRİ-yə qarşı “Drobşot” adlı ən məşhur aqressiya planı təsdiqlənib, son zamanlar bu adın “qısa zərbə”, “ani zərbə”, “son atəş” kimi tərcüməsinə də rast gəlinir. Plan güclü bomba zərbəsini nəzərdə tutur. Sovet İttifaqına 300 atom bombasının və 250 min ton adi bombanın atılması nəzərdə tutulurdu.
Bununla yanaşı, məğlub olmuş və xarabalıqlara döndərilmiş dövlət işğal edilməli idi. Ölkənin ərazisi 4 hissəyə ayrılırdı: SSRİ-nin Qərb hissəsi, Ukrayna-Qafqaz, Ural-Qərbi Sibir-Türküstan, Şərqi Sibir-Baykalyanı-Dənizətrafı. Bütün hissələr 22 alt hissəyə bölünürdü, burada işğal tağımları yerləşdiriləcəkdi. Əməliyyatların düşünülməsinə görə, bu plan hətta “Barbarosso”nu da kölgədə qoyurdu.
Birinci günün bombardmanı zamanı Sovet İttifaqını öz sənaye qüvvəsinin 85%-nin itirilməsinə gətirib çıxarmalı idi. Planda sovet quru, hava və dəniz qüvvələrinə qarşı, HƏM (hava əleyhinə müdafiə) sisteminin dəf edilməsinə dair əməliyyatlar detallı şəkildə təsvir edilirdi.
Birinci nüvə zərbəsinin ardınca, tərkibində 69-u Amerikaya aid olan 164 NATO tağımının hücumunu nəzərdə tutan ikinci mərhələ gəlirdi. Okean və dəniz kommunikasiyalara nəzarət planlaşdırılırdı. Kampaniyanın üçüncü mərhələsi NATO-nun 114 blokunun qərbdən və cənubdan (Qara dənizinin şimali-qərb sahilində) hücumunu nəzərdə tuturdu. Bu bölüklər Mərkəzi Avropada SSRİ-nin silahlı qüvvələrini məhv etməli idi.
Dinc sovet şəhərlərinin davamlı bombardmanları ilə bərabər bu əməliyyatlar Moskva və onun müttəfiqlərini kapitulyasiyaya məcbur etməli idi. Sovet İttifaqı ilə müharibədə ümumilikdə 250 tağım – 6,25 milyon nəfər iştirak etməli idi. Bununla yanaşı donanmada, HƏM-in heyət sayının 8 milyona yaxın artırılması planlaşdırılırdı. Ümumilikdə isə “Dropşot” planının realizəsi üçün 20 milyon nəfərlik silahlı qüvvə cəlb etmək planlaşdırılırdı.
Bununla yanaşı, ABŞ Qərargah rəisləri komitəsinin üzvləri hərbi oyunlarının keçirilməsi zamanı Sovet İttifaqının 9 strateji rayonunun: Moskva, Leninqrad, Arxangelsk, Ural, Qafqaz, Qara dəniz sahili obyektləri, Daşkənd-Almatı, Baykal, Vladivostokun sıradan çıxarılması şansının nə dərəcədə yüksək olduğunu yoxlamağı qərara alıblar. Nəzəriyyədə hər şey uğurlu alınırdı, amma analitiklər ürəkaçan nəticələrə gəlmədilər.
Hücumun uğuru 70%-ə bərabər idi, amma bombardmana cəlb ediləcək aviasiyanın itkisi 55% dəyərləndirilirdi. Rəqəm qorxuducudur. Bu itkinin faizini əyani olaraq dəyərləndirmək üçün İkinci Dünya müharibəsindən misal gətirmək olar. 1944-cü ilin martında, hədəfi Nyurnberq olan müttəfiqlərin 97 bombardmançıdan ibarət qrupu itki verib. O zaman tapşırıqdan 20 təyyarə dönmədi, bu isə zərbəyə cəlb edilən təyyarələrin 20,6%-i idi.
Amma amerikalıları və onun müttəfiqlərini hər şeydən çox SSRİ-nin cavab atəşi, o cümlədən də genişmiqyaslı quru hücumu qorxudurdu. Bu səbəbdən amerikalılar heç zaman öz planlarını realizə etməyə cəhd etməyiblər. Bununla yanaşı, ABŞ HHQ qərargahının operativ idarə rəisi, general-mayor S.Anderson, HHQ dövlət katibi S.Sayminqtona, amerikan hərbi-hava qüvvələrinin SSRİ-yə qarşı nəzərdə tutulan bütün əməliyyatları yerinə yetirə bilməyəcəkləri, eləcə də Alyaska və ABŞ ərazisinin hava əleyhinə müdafiəsini təmin etmək haqqında məruzə etmişdi.
Kremldə həmin anda sakitliyə riayət edilirdi. ABŞ ilə mübahisədə arqumentlərdən biri şəxsi nüvə bombasının hazırlanması idi, bu barədə Nazirlər Şurasının rəhbərinin müavini Kliment Voroşilov bəyan etmişdi. Amma bu xəbər də SSRİ ilə müharibə planlarının yaradılması işinin ləngiməsinə səbəb olmadı. 1952-ci ildə Amerika prezidenti Harri Trumen deyirdi:
“Biz məqsədimizə çatmaq üçün məhv olması labüd olan bütün şəhər və limanları yer üzündən siləcəyik”.
Amma bütün bunlar elə sərt ritorika olaraq qaldı. Üçüncü Dünya müharibəsi başlamadı, belə ki, SSRİ-nin getdikcə daha çox nüvə silahı oldu və ballistik raketləri meydana gəldi. Həm də Sovet İttifaqında “Berkut” şifrəsini daşıyan şəhərlərin və sənaye, eləcə də strateji obyektlərinin hava əleyhinə müdafiə sistemlərinin yaradılması üzərində iş tam sürəti ilə gedirdi.
Bu layihə çərçivəsində prinsipial olaraq, o dövr üçün yeni silah – zenit idarəli raketlər yaradılırdı. 1955-ci ildə sistem S-25 təyinatı alır və orduya təqdim edilir. Sistemin xüsusiyyətləri hərbçiləri tam olaraq qane edirdi, bu HƏM kompleksi mümkün rəqib tərəfindən hava təhlükəsinə ciddi cavab verə bilərdi.
Amerikanın 1940-50-ci illərdə SSRİ nüvə zərbələri planı fantaziya və ya uydurma deyildi. Onlar real olaraq işlənilir və təhlil edilirdilər. Ötən müharibədə 25 milyon vətəndaş itirən, gecə və gündüz dağılanları bərpa etməyə çalışan, demək olar ki, xarabalıqlarda yaşayan bir ölkə üçün bu böyük bir zərbə olardı. Demokratiyanın paradoksu Vaşinqton zamanında bu dəhşətli planları sadəcə hazırlamasında deyildi, onları 1970-ci ildə açıqlamasında idi. Amerikalılar öz proqramlarını özləri açıqladılar.
Bəlkə də biz 20-30 il sonra amerikalıların ölkəmizə qarşı planlarının detallarını öyrənəcəyik, amma indi Corc Buş və Barak Obamanın prezident olduqları dövrə aid olan planlarını biləcəyik. Axı indi XXI əsrdə də dünyanı sabit adlandırmaq olmaz. Biz hələ də “barıt çəlləyi”nin üzərində oturmuşuq, baxmayaraq ki, bu sabitlik müasir nüvə silahına qarşı sistemlər və HƏM sistemləri ilə tarazlaşdırılıb.
Mənbə: Военное обозрение
Mənbə:> Oxu.Az