Şuşanın işğalını qeyd edən sərxoş rus səfiri: “Biz həmişə bir yerdəyik” – VİDEO
Mayın 9-da Ermənistanda Almaniya üzərində qələbənin 70 illik yubileyi ilə yanaşı, Şuşanın işğalının 23 illiyi də qeyd olunub. Modern.az saytı xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Şuşanin işğalı ilə bağlı təşkil edilən tədbirdə Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin və Ermənistan parlamentinin yunan əsilli vitse-spikeri Eduard Şarmazanov sərxoş halda kameralar önünə çıxıblar.
Şuşanın işğalı ilə bağlı sərxoş halda nitq söyləyən Şarmazanovun sözləri rus səfiti İvan Volınki tərəfindən də dəstəklənib. Volınki “Biz həmişə bir yerdəyik”- deyərək Şuşanın işğal günü ilə bağlı tədbirdə iştirakını davam etdirib. Modern.az həmin qısa videonu təqdim edir.
Mənbə:> gundeminfo.az