Ermənilərin Şuşa peşmançılığı
Qarabağ məsələsi Ermənistanda dövlət səviyyəsində talançılığı və xalqa qarşı şantacı qoruyan zirehə çevrilib.
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın “1in” portalının Şuşanın işğalının 23 illiyinə həsr etdiyi məqalədə vurğulanır.
Məqalədən anlaşılır ki, ermənilərə qələbə kimi sırınan bu dövlət cinayəti siyasi spekulyasiyalar üçün vasitəyə çevrilib: “Hakimiyyətin heyvani instinkt və ambisiyalarının təmin edilməsi resursuna, hakimiyyət uğrunda xarici dünya ilə ticarət vasitəsinə çevrilib. Öz ölkəsində həmvətənlərinə sərbəst və amansız divan tutma alətinə çevrilib”.
Portalın yazdığından anlaşılır ki, erməni xalqı bütün problemlərini Qarabağın işğalından qaynaqlandığını düşünür.
Mənbə:> ANSPRESS